MotoGP-də 4 həftəlik fasilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, mövsümün 13-cü yarışı Avstriyada keçirilir.
Az öncə başa çatan sprint yarışını bu il öyrəşdiyimiz kimi yenə Mark Markes qazanıb. O, cari mövsüm 13-cü sprintdə 12-ci qələbəsini qazanıb.
2-ci yeri onun balaca qardaşı Aleks Markes tutub. 3-cü yerin sahibi də bir başqa ispan Pedro Akosta olub.
M. Markes çempionata başçılıq etməyə davam edir. Onun aktivində 393 xal var. O, qardaşından 123 xal öndədir.