EN

Əlcəzairdə avtobus körpüdən aşıb: 18 nəfər ölüb

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.

"Cebheinfo.az"

Chosen
56
12
cebheinfo.az

10Sources