EN

“Bu halda sülh kağız üzərində qalacaq... Rusiya və İranın mövqeləri...” Açıqlama

ain.az bildirir, Yenisabah portalına istinadən.

2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyanat Azərbaycan xalqının otuz illik ədalət mübarizəsini tarixi qələbə ilə yekunlaşdırdı. Azərbaycan öz suveren ərazilərinə qayıtdı və Cənubi Qafqazın siyasi xəritəsi dəyişdi. Lakin bu qələbədən sonra sülhün tam bərqərar olması üçün atılan konstruktiv addımlar Ermənistanın öhdəliklərini pozması və Konstitusiyasında ərazi iddialarını saxlamaqda israr etməsi ilə qarşılaşdı.

Azərbaycan bu illər ərzində sübut etdi ki, onun məqsədi revanş yox davamlı sülhdür. 14 mart 2022-ci ildə irəli sürülən beşbəndlik sülh təklifi regionda yeni sabitlik modeli yarada bilərdi. Amma qarşı tərəfin qeyri-səmimiyyəti prosesi ləngitdi.

Geosiyasi dalandan çıxış 8 avqust 2025-ci ildə Vaşinqtonda tapıldı. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında imzalanmış Birgə Bəyannamə sülh prosesini yeni mərhələyə daşıdı. Bu sənəd yalnız diplomatik protokol deyil həm də Cənubi Qafqazda güc balansını və strateji əlaqələri yenidən müəyyənləşdirən siyasi sənəddir. pizza mizza

Əsas məqamlar aydındır. Sülh Sazişinin paraflanması Azərbaycanın sülh istəyi və eyni zamanda gücünü qoruyaraq iradəsini diktə etməsidir. Minsk qrupunun ləğvi otuz illik imitasiya dövrünün başa çatdırılması və regionun öz taleyinə sahib çıxmasıdır. TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Orta Dəhliz üzərindən illik 35 milyon ton yük tranzitini təmin edəcək və ölkəmizi bölgənin logistika mərkəzinə çevirəcək strateji infrastruktur təşəbbüsüdür. Revanşizmin rədd edilməsi isə Ermənistanın gələcəkdə hər hansı hərbi təxribatına beynəlxalq təminat mexanizmi ilə qapının bağlanması deməkdir.

Vaşinqton görüşü həm də Azərbaycan ABŞ münasibətlərində yeni strateji tərəfdaşlığın əsasını qoydu. Strateji Tərəfdaşlıq Xartiyası enerji nəqliyyat müdafiə rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq perspektivlərini açır. Ən önəmlisi isə Azadlığa dəstək aktına edilmiş 907-ci düzəlişin ləğvi Azərbaycanın beynəlxalq siyasi manevr imkanlarını genişləndirir.

Bununla belə prindipial hesab olunan bəzi məsələlər hələ də açıq olaraq qalmaqdadır.

Ermənistan Konstitusiyasındakı ərazi iddialarının çıxarılması olmadan sülh sənədi kağız üzərində qalacaq. TRIPP kimi iri layihələr üçün beynəlxalq maliyyə və siyasi təminatlar davamlı olmalıdır. İran və Rusiyanın mövqeləri balanslı şəkildə idarə edilməlidir ki, regional sabitlik pozulmasın.

Vəhdət Partiyası olaraq bildiririk ki, Azərbaycanın milli maraqları heç bir ssenaridə güzəştə gedilməyəcək. Vaşinqton Bəyannaməsi bizim qəti siyasi iradəmizin diplomatik çevikliyin və güclü dövlət strategiyasının məhsuludur. Bu sənəd təkcə Ermənistanla sülh müqaviləsi deyil Cənubi Qafqazın gələcək onilliklərini müəyyən edəcək geosiyasi istiqamətdir.

Azərbaycan bu yeni mərhələdə yalnız sülhün deyil həm də gücün iqtisadi liderliyin və strateji tərəfdaşlığın mərkəzi olacaq. Sərhədlərin toxunulmazlığı ərazi bütövlüyü və güc tətbiqinin qadağan edilməsi prinsipinə əsaslanan bu yeni düzən regionda sabitliyin yeganə təminatıdır. Biz bu istiqamətdə bütün milli resurslarımızı səfərbər edəcəyik.

Adəm İsmayıl Bakuvi,

Vəhdət Partiyasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
3
yenisabah.az

4Sources