EN

Avropa liderlərindən Kremlə sərt mesaj: Qarışmayın!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya, Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünə veto qoymaq hüququna malik deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Aİ Şurasının Prezidenti Antonio Koşta, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Finlandiya Prezidenti Aleksandr Stubb və Polşanın Baş naziri Donald Tuskun birgə bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, Avropa liderləri ABŞ-ın sabiq Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsini dəstəkləməyə hazırdırlar.

Liderlər həmçinin vurğulayıblar ki, Ukraynaya təhlükəsizlik zəmanətləri verilməlidir.

Həmçinin, Ukrayna ordusunun digər ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmamalıdır. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukrayna öz ərazisi ilə bağlı qərarları özü verməlidir.

Qeyd edək ki, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirəcəyini də bəyan edib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
32
globalinfo.az

10Sources