AZ

Tramp Zelenski ilə danışdı, Avropa liderləri qoşuldu –Ukrayna prezidenti təcili ABŞ-a gedir

ABŞ və Ukrayna prezidentləri telefonla danışıb.

AzPost bildirir ki, bu barədə Ukrayna prezidenti Zelenski paylaşımında bəyan edib.

“Prezident Donald Trampla uzun və mənalı söhbətimiz oldu. Biz təkbətək danışıdıq, sonra Avropa liderlərini bizə qoşulmağa dəvət etdik. Bu söhbət bir saat yarımdan çox davam etdi, o cümlədən prezident Trampla ikitərəfli söhbətimiz təxminən bir saat çəkdi”-deyə Zelenski bildirib.

O bəyan edib ki, Ukrayna sülhə nail olmaq üçün hər cür səy göstərməyə hazır olduğunu bir daha təsdiqləyir: “Prezident Tramp Rusiya lideri ilə görüşü və onların müzakirəsinin əsas məqamları barədə bizə məlumat verdi. Amerikanın gücü vəziyyətin inkişafına təsir etməsi üçün vacibdir.
Biz prezident Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna vurğulayır ki, əsas məsələləri liderlər səviyyəsində müzakirə etmək olar və üçtərəfli format buna uyğundur”.

Zelenski bazar ertəsi ABŞ-a səfər edəcək: “Bazar ertəsi mən Vaşinqtonda prezident Trampla görüşərək qətlin və müharibənin dayandırılması ilə bağlı bütün detalları müzakirə edəcəyəm. Mən dəvətə görə minnətdaram”.

“Amerika ilə birlikdə etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün avropalıların hər mərhələdə iştirak etməsi vacibdir. Biz həmçinin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakla bağlı Amerika tərəfinin müsbət siqnallarını müzakirə etdik. Biz bütün tərəfdaşlarla mövqelərimizi əlaqələndirməyə davam edirik”.-deyə Zelenski vurğulayıb.

AzPost.az

Seçilən
37
32
azpost.info

10Mənbələr