EN

Pakistanda sel və güclü daşqınlar nəticəsində 300 nəfər ölüb

Pakistanın şimal-qərbində iki gündür davam edən güclü yağış və daşqınlar nəticəsində 300-dən çox insan həlak olub.

Operativ Media  “Reuters” agentliyinə istinadla xəbər verir ki, xilasetmə işləri və bağlanmış yolların təmizlənməsi davam edir, təcili yardım məqsədilə vəsait ayrılır. Meteoroloqların məlumatına görə, güclü yağışlar avqustun 21-dək davam edəcək.

Cari musson mövsümündə həmişəkindən daha çox yağan yağışlar yolları və binaları yuyub aparıb.

Şənbə günü səhərə qədər Hayber-Paxtunxva əyalətinin dağlarında 307 nəfərin öldüyü, daha çox insanın isə itkin düşdüyü təsdiqlənib. Bu barədə əyalətin müvafiq idarəsi məlumat verib.

Son bir həftə ərzində təkcə Pakistan deyil, həm də qonşu Hindistan və Nepalın bir hissəsi güclü yağışlar, daşqınlardan ciddi zərər çəkib. Yerli rəsmilər bildiriblər ki, Pakistanın paytaxtı İslamabadın şimalında avtomobillə üç saat yarımlıq məsafədə yerləşən Buner rayonu 184 nəfərin öldüyü, infrastruktur və əkin sahələrinə ciddi ziyan dəydiyi üçün ölkədə ən çox zərər çəkmiş bölgələrdən biri olub.

Daşqınlardan zərər çəkənlər üçün tibbi şəhərciklər salınır, məcburi köçkün ailələri isti yeməklə təmin olunur.

Chosen
86
25
operativmedia.az

10Sources