"Sumqayıt" əsas komandanın yeni kapitanını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni mövsümdə "gənclik şəhəri" təmsilçisinin kapitanı Səbuhi Abdullazadə olacaq. Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehatdı.