“Napoli” qapı xəttini gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İtaliya çempionu “Torino”nun serbiyalı qapıçısı Vanya Milinkoviç-Saviçi transfer edib. 26 yaşlı qolkiperlə imzlanan 1 illik icarə müqaviləsində satınalma şərti də var.
Milinkoviç-Saviç 2017-ci ildən “Legiya”dan 2,6 milyon avroya transfer olunub. O, A seriyasında 146 matçda meydana çıxıb. Saviç Serbiya millisində də oyun keçirib.