EN

“Qalatasaray” ona görə 10 milyon avro təklif etdi

“Qalatasaray” qapıçı Edersonun transferi ilə bağlı “Mançester Siti”yə ilk rəsmi təklifini göndərib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

İstanbul klubu 31 yaşlı qolkiperə görə 10 milyon avro ödəməyə hazırdır. Lakin “şəhərlilər” daha çox məbləğ tələb edirlər.

Ederson “Siti”ni tərk edərsə, İngiltərə klubu Canluici Donnarumma ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. Onun klubla müqaaviləsi 2026-cı ilin yayına kimidir.

Chosen
9
23
msport.az

10Sources