EN

Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək

Vladimir Zelenski avqustun 18-də ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra Telegram kanalında yazıb:

"Bazar ertəsi Vaşinqtonda prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram".

Zelenski əlavə edib ki, söhbət saat yarım davam edib və mənalı olub. Onun sözlərinə görə, Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb.

"Biz Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır", - Zelenski qeyd edib. O, həmçinin “Amerika ilə birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın bütün mərhələlərdə iştirakının vacibliyini”, - qeyd edib.

Chosen
21
50
apa.az

10Sources