AZ

ABŞ Zelenski ilə görüşdə ərazi məsələsini müzakirə etməyi niyyətindədir - Uitkoff

Bakı. Trend:

ABŞ Vladimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasındaərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

Trend-in məlumatına görə, ABŞ prezidentinin xüsusi elçisi StivenUitkoff "CNN" televiziya şirkətinin proqramı zamanı deyib.

"[Ukrayna münaqişəsinin həlli üçün] əsas məsələ ərazilərinmübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etməkniyyətindəyik. Ümid edirik ki, biz bu məsələdə müəyyən aydınlığanail olacağıq və ümid edirəm, bunların hamısı tezliklə sülh sazişiilə başa çatacaq", - deyə o bildirib.

Uitkoff əlavə edib ki, Rusiya prezidenti Vladimir PutinləAlyaskanın Ankoric şəhərində keçirilən görüşdə ərazilərindəyişdirilməsi məsələsi qaldırılmayıb. “[Cümə günü Rusiya ilə]görüşdə bu müzakirə oluna bilməzdi”, o deyib.

Seçilən
37
50
az.trend.az

10Mənbələr