EN

Tramp Putinə əl çaldı, limuzinlə apardı – Alyaskada nələr baş verdi?

  Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş dünya mediasında böyük əks-səda doğurub.

Referans xəbər verir ki, liderlərin görüşü beynəlxalq mediada müxtəlif formada şərh edilib.

Britaniyanın “Sky News” telekanalı görüşü belə şərh edib: “Bu,  Rusiya üçün Qərbdən təcridin sonunu simvolizə edir. Putin uzun zamandır bu anı gözləyirdi”.

Almaniyanın “Berliner Zeitung” qəzeti isə Trampın təkcə Putinlə deyil, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə də əlaqəyə saxladığını vurğulayıb. Tramp sosial media platforması “Truth Social”da Lukaşenko ilə telefon danışığı apardığını və onun azad etdiyi 16 siyasi məhbusla bağlı razılıq əldə olunduğunu bildirib. Ağ Ev rəhbəri əlavə edib ki, yaxın zamanda Lukaşenko ilə də şəxsən görüşməyi planlaşdırır.

Dünyanın nüfuzlu KİV-ləri Putin və Trampın şəxsi münasibətlərinin detalları üzərində də dayanıb.

“Reuters”: “Tramp və Putin bir-birini köhnə dost kimi qarşıladı. Onların görüşü istidən də artıq idi”.

CNN: “Bədən dili hər şeyi deyirdi – Putin və Tramp qırmızı xalı üzərində görüşərkən, Tramp ona əl çaldı. Daha sonra birlikdə prezident limuzininə tərəf irəlilədilər. Danışıqlar zamanı gülümsəyirdilər və Putin tam dik dayanmışdı – bu onun maraq və ciddiliyini göstərən nadir anlardandır”.

“The New York Times” yazır: “Tramp Putin üçün hərtərəfli qarşılanma təşkil etdi: hərbi təyyarələrin uçuşu, qırmızı xalça, əl sıxma və prezident limuzinində səyahət”.

NBC qeyd edir: “ABŞ prezidentinin rusiyalı həmkarına göstərdiyi səmimi münasibət, fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi gərgin görüşlə ziddiyyət təşkil edir”.//Globalinfo.az  

Chosen
84
50
referans.az

10Sources