AZ

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.

"Bizə real danışıqlar lazımdır. Bu o deməkdir ki, onlar indi cəbhə xəttinin olduğu yerdən başlaya bilərlər. Təmas xətti danışıqlar üçün ən yaxşı xəttdir. Avropalılar bunu dəstəkləyir və biz hamıya təşəkkür edirik", - Zelenski deyib.

"Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.Ərazi məsələsi çox vacib olduğu üçün onu ancaq Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü zamanı Ukrayna və Rusiya liderləri müzakirə etməlidir. Hələlik Rusiya üçtərəfli görüşün baş tutacağına dair heç bir əlamət göstərməyib".

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ağ Evin rəhbəri Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir(report)

Seçilən
66
50
mia.az

10Mənbələr