Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana daşqınlar səbəbindən başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir".