EN

Tramp: Rusiya və Çin təbii düşmənlərdir...

ABŞ prezidenti hesab edir ki, Bayden bu iki ölkəni yaxınlaşdırıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, RusiyaABŞ təbii düşmənlərdir və keçmiş prezident Co Bayden onları Çinlə yaxınlaşdırıb.

Trampın sözlərinə görə, Bayden Rusiyanı və Çini əməkdaşlığa sövq edib ki, bu, “ağlasığmaz” bir addım olub. O hesab edir ki, bu iki ölkənin yaxınlaşması tarixi baxımdan “ən son görüləsi iş” idi, çünki onlar “təbiətcə düşməndir”.

ABŞ prezidenti əlavə edib ki, Rusiya geniş ərazilərə sahibdir, Çin isə böyük əhalisi üçün torpaq ehtiyacı olan ölkədir. Tramp həmçinin bildirib ki, Moskva və Pekin arasındakı yaxınlaşma dinamikasının uzunmüddətli olacağını gözləmək çətindir, çünki onların arasında “təbiətcə gərginlik” mövcuddur.

Qeyd edək ki, bundan əvvəl The Times qəzeti mənbələrə istinadla yazmışdı ki, Tramp sentyabrın əvvəlində Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə görüşə dəvət oluna bilər.

Poliqon.info

Chosen
104
43
poliqon.info

10Sources