EN

Tramp Putindən sonra Zelenski və Aİ liderləri ilə 2 saat danışıb  

ABŞ prezidenti Donald Tramp öz təyyarəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.

Ölkə.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir. 

Ağ Ev həmçinin bildirib ki, Tramp Zelenski ilə telefon danışığından sonra NATO liderləri ilə telefonla danışıb.

“Clash Report” xəbər verir ki, Tramp Zelenski və Avropa liderləri ilə saat yarımdan çox danışıb, Putinlə görüşü barədə onlara məlumat verib.
Zelenski ilə Tramp arasında keçirilən telefon danışığında Avropa Komissiyasının rəhbəri fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Finlandiya prezidenti Aleksandr Stubb, Polşa prezidenti Karol Navroki, Böyük Britaniyanın baş naziri Key Starmer, NATO-nun baş katibi Mark Rutte və digərləri iştirak edib.

Mürtəza

Chosen
15
12
olke.az

10Sources