ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın sabahkı görüşünün formatında dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, Almaniyanın "Bild" nəşrinin məlumatına görə, görüşün ilk mərhələsi yalnız iki lider arasında baş tutacaq, Avropa İttifaqı və NATO nümayəndələri isə daha sonra qoşulacaqlar.
Məlumata əsasən, Zelenskini Vaşinqtona Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Corcia Meloni, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rütte müşayiət edir. Onların iştirakı ilə geniş tərkibdə danışıqlar və işçi şam yeməyi nəzərdə tutulur.
"Birləşmiş Ştatların prezidenti Donald Tramp Ukrayna lideri ilə təkbətək görüşməyi qərara alıb. Yalnız bundan sonra Avropa İttifaqı və NATO təmsilçiləri masa arxasına dəvət olunacaqlar", deyə "Bild" yazır.
Qeyd olunur ki, əvvəlki görüşdə Trampın diplomatik davranışı kəskin tənqid hədəfinə çevrilmişdi. Xüsusilə, onun Rusiya prezidenti ilə görüşündən sonra demarşları Qərb mediasında böyük rezonans doğurmuşdu. Hətta Trampa yaxın mövqedə olan "Fox News" belə, ABŞ prezidentinin Alyaskadakı sammitdə aqressorun tələblərini müdafiə etdiyini yazmışdı.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.