EN

“Liverpul” – “Bornmut” oyununda qalmaqal

İngiltərə Premyer Liqasının 1-ci turunun “Liverpul” – “Bornmut” oyunu (4:2) zamanı stadionda irqçi şüarlar səsləndirilib. Msport.az xəbər verir ki, qonaqların futbolçusu Antuan Semenyo təhqirlərə məruz qalıb.

Bununla bağlı “qırmızılar” rəsmi bəyatan veriblər: “Bizim “Bornmut”la oyunumuzda irqçi ifadələrin səsləndirilməsindən xəbərdarıq. Biz irqçiliyi və diskriminasiyanı pisləyirik. Belə hallara nə cəmiyyətdə, nə də futbolda yer olmamalıdr”.

Qeyd edək ki, məsələ ilə bağlı “Bornmut” klubundan da açıqlama gəlib. Onlar məsələni polisin araşdırdığını və bunu tam dəstəklədiklərini bildiriblər.

 

Chosen
19
5
msport.az

10Sources