Azərbaycanlı futbolçu Orxan Əliyev Qırğızıstan çempionatında növbəti qolunu vurub.

Offsideplus.az xəbər verir ki, o, çıxış etdiyi "Özgön"ün "Alqa" ilə matçında yeganə qolun müəllifi olub. 29 yaşlı hücumçu penaltini dəqiq yerinə yetirib. Bu, onun sayca 3-cü qolu olub.

O. Əliyev ötən ay Qırğızıstan klubuna qoşulub. 

Qeyd edək ki, "Özgön" hazırda 25 xalla 7-ci yerdədir.