EN

Premyer Liqa: “İmişli” “Turan”a, “Neftçi” “Şamaxı”ya qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “İmişli” Şamaxıda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Günün digər oyunu “Neftçi” ilə “Şamaxı” arasında baş tutacaq. Elçin Məsiyevin idarə edəcəyi görüş “Neftçi Arena”da keçiriləcək.

İlk turun qalan görüşləri avqustun 17-də və 19-da keçiriləcək. Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.

Premyer Liqa
1-ci tur

15 avqust

“Karvan” – “Qəbələ” 1:1
Qol: Murad Musayev, 78-öz qapısına – Domi Massumo, 54.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu.

16 avqust

17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.

20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”.

17 avqust

20:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

19 avqust

20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.

Chosen
14
6
arena.az

7Sources