EN

Portuqaliya - Azərbaycan oyunu hansı stadionda baş tutacaq?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, B qrupunun 1-ci turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

U-21 komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.

Chosen
76
15
sportinfo.az

10Sources