EN

Rusiyada azərbaycanlı uşaq 13-cü mərtəbədən yıxılaraq öldü

Rusiyada 3 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Moskva şəhərində baş verib.

İlkin məlumata əsasən, 3 yaşlı Amiral Seyidov ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Mərhum azyaşlının atası əslən Cəlilabad rayonundandır və uzun müddətdir Rusiyada yaşayır.

Faktla bağlı araşdırma aparılır.
Chosen
51
50
sherg.az

10Sources