Emerson Royal 6 ildən sonra vətəninə qayıdıb.
"Football-plus.az" xəbər verir ki, “Flamenqo” heyətini onunla gücləndirib. Braziliya klubu Emersonu “Milan”dan transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Emerson ötən mövsüm “Milan”la A seriyasında 17 oyuna çıxıb. O, Avropada daha əvvəl “Betis”, “Barselona” və “Tottenhem”də də oynayıb.