EN

“Qalatasaray”ın futbolçusu Almaniya klubuna keçir

"Qalatasaray"ın futbolçusu Derrik Köhn Almaniyaya qayıtmağa yaxındır.

Bizim.Media xəbər verir ki, "Verder" 26 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bundesliqa təmsilçisi Köhn üçün İstanbul klubuna 5 milyon avro təklif edib. Almaniyalı sol cinah müdafiəçisinin "Verder"ə keçidinin qısa zamanda tamamlanaacağı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Derrik Köhnü 2024-cü ilin fevral ayında "Hannover"dən transfer edib. Futbolçu ötən mövsüm icarə əsasında "Verder"in formasını geyinib.

Rəşad Rafiqoğlu,Bizim.Media

Chosen
30
2
bizim.media

3Sources