AZ

Azərbaycanlı futbolçu Qırğızıstanda növbəti qolunu vurdu

Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında qol vurmağa davam edir.

Bizim.Media xəbər verir ki, 17-ci turun oyununda onun çıxış etdiyi "Özqon" komandası evdə "Alğa" klubunu 1:0 hesabı ilə məğlub edib.

Matçın yeganə qolunu Əliyev 27-ci dəqiqədə penaltidən vurub.

Bu, onun yeni komandasında üçüncü qoludur.

Hazırda "Ozqon" 25 xal toplayaraq turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
44
32
bizim.media

10Mənbələr