Misli premyer-liqasının 1-ci turunda "Neftçi"nin qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığı yekunlaşıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komandanın futbolçusu Edvin Kuç ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Xatırladaq ki, sabah “Palms Sports Arena”da (sabiq "Neftçi Arena" - red.) keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20.00-da başlayacaq.