AZ

Neftçi nin futbolçusu yeni mövsümdə ilk oyunu buraxacaq

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 1-ci turunda "Neftçi"nin qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığı yekunlaşıb. 

QOL.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 

“Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komandanın futbolçusu Edvin Kuç ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, avqustun 16-da “Palms Sports Arena”da (sabiq "Neftçi Arena" - red.) keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
7
qol.az

10Mənbələr