EN

Gəncədə 44 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə piyadanın ağır xəsarətı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1981-ci il təvəllüdlü Əsəd Məmmədovu vurub.

Yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
59
20
bizim.media

10Sources