Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.
Bizim.Media “URA.RU”ya istinadən xəbər verir ki, onun vəkilinin apellyasiya şikayəti təmin edilməyib.
Məlumata görə, şikayət Moskva Şəhər Məhkəməsində araşdırılıb.
Qeyd edək ki, Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı Moskvanın Basman məhkəməsi tərəfindən verilib. Bu qərar onun barəsində axtarış elan edildikdən sonra çıxarılıb.
İlkin məlumata görə, o, 2010-cu ildə baş verən Fəxrüz Şirinova qarşı qətl cəhdində (CM-in 30 və 105-ci maddələri) və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə (CM-in 318-ci maddəsi) ittiham olunur.
Qeyd edək ki, daha əvvəl Şahın Şıxlinskinin oğlu Mutvalı da Yekaterinburqda həbs olunub. O, 15 iyulda hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə saxlanılıb və 2 ay müddətinə həbs edilib.
Sözügedə ittiham 1 iyul tarixində “Bakı Plaza” yaxınlığında baş verən insidentlə bağlıdır.
Belə ki, həmin tarixdə hüquq-mühafizə orqanları Şahın Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. O, həmin vaxt oğlunun idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobildə olub.
Zirehli maskalılar maşının şüşələrini sındırmağa başlayanda Mutvalı avtomobili geriyə sürərək bir xüsusi təyinatlını vurub.
Bizim.Media