EN

ABŞ Rusiya sammiti: Hansı qərarlar gözlənilir? Abdulla Ağarın a açıqlaması

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ-Rusiya sammiti Ukrayna düyününü birbaşa həll etməkdənsə, müzakirə ağırlığını başqa bir coğrafi düyünə fokuslayaraq təzyiqi azaltmaq həmləsi ola bilər. Bunu "düyün hərəkəti" texnikası da adlandırmaq olar. Lakin bu "düyün hərəkəti" manevri uğursuz olarsa, təkcə Ukrayna deyil, Arktika bölgəsi, Baltikyanı region, Cənubi Qafqaz, Qara dəniz və Suriya eyni vaxtda böhranın qaynar nöqtələrinə çevrilə bilər".

Bu sözləri Oxu.Az-a açıqlamasında Alyaskada baş tutacaq ABŞ-Rusiya sammitinin mümkün nəticələrini şərh edən Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyənin terror və təhlükəsizlik sahəsi üzrə mütəxəssisi Abdulla Ağar deyib.

Ekspert bildirib ki, sammitin nəticəsi olaraq üç strateji ssenari mümkün ola bilər:

"Birinci ssenari münaqişənin nəzarət altında həllidir. Bu ssenariyə əsasən, Rusiyanın əldə etdiyi müəyyən nailiyyətləri tanınır, Ukraynanın təhlükəsizliyinə zəmanət verilir və NATO ilə Rusiya arasındakı gərginlik dondurulur.

İkinci ssenari "düyünlərin kəsişməsi"dir. Bu ssenariyə görə, Ukrayna üzrə danışıqları Arktikada təhlükəsizliyin təminatı, enerji mübadiləsi və sanksiyaların qismən ləğvi ilə yekunlaşacaq.

Üçüncü ssenari şərti olaraq "geriyə dönüş"dür. Belə ki, danışıqlar uğursuzluqla nəticələnir və Rusiya-ABŞ münasibətləri daha da gərginləşir; Qara dəniz, Baltikyanı region, Cənubi Qafqaz, Yaxın Şərq və Arktika eyni vaxtda mürəkkəb gərginlik zəncirinə daxil olur".

Abdulla Ağarın proqnozuna görə, Tramp və Putin görüşü geosiyasi ədalət, konstruktiv ağıl, Avropa İttifaqı ölkələri və Ukrayna-NATO koordinasiyası xaricində sağlam geosiyasi həll ilə nəticələnə bilməz.

Söhrab İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
oxu.az

1Sources