EN

Buş və Klinton bacarmamışdı, Tramp bir həmlə ilə iki məsələni həll etdi - MÜSAHİBƏ

BAKI, 15 avqust. TELEQRAF

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Ziyad Səmədzadə Teleqraf-ın suallaırnı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyad müəllim, Zəngəzur dəhlizi və yaxud “Tramp yolu” (Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) açılması ilə bölgədə formalaşacaq sülh və əməkdaşlıq, istisadi fəallıqla bağlı ilkin proqnozlar nədən ibarətdir?

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri, Prezident Donald Trampla yüksək səviyyəli görüşləri, aparılan müzakirələr, Ermənistanın Baş naziri Nikol Paşinyanla aparılan müzakirələrin əhəmiyyəti olduqca böyükdür. Bu müasir tariximizdə çox mühüm hadisə hesab edilir. Azərbaycanın müstəqil siyasəti, milli maraqlarımızın ən yüksək səviyyədə təmin edilməsi fonunda erməni faşizmi üzərində qələbədən sonra proseslərin dinamik inkişafı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Vaşinqtondakı danışıqlar, Trampın Azərbaycan Prezidentinə səmimi münasibəti, görüşün nəticəsi olaraq qəbul edilən bəyannamə mühüm əhəmiyətə malikdir. Bu eyni zamanda Azərbaycanın qlobal miqyasda vacib tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

- Regional kommunikasiya xəttlərinin blokadadan çıxarılmasına qarşı bəzi bölgə dövlətlərinin narahatlığı var. Bu nə ilə bağlıdır? Dəhlizin iqtisadi faydasından danışılırsa, buna qarşı çıxamaq nə dərəcədə məntiqlidir?

- Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaza yeni bir nəfəs gətirəcək. Əsrlərlə mühüm yollara nəzarət etmək uğurunda savaşlar gedib. Kim əlverişli mühitdə yerləşirsə və onu qoruyursa, o siyasətdə və iqtisadiyyatda gücü olan dövlət kimi tanınır. Bu mənada Zəngəzur dəhlizi Cənubi Qafqazın inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Hazırda bu bölgə dünyanın diqqət mərkəzindədir. Çünki dəhliz tək bu bölgədə yerləşən ölkələri əhatə etmir. Şərqlə Qərbi birləşdirən, Türkiyənin, Ermənistanın maraqlarına cavab verən bu dəhlizin yaradacağı reallıq çox böyükdür. Bu gün dəhlizin açılmasına qarşı çıxan İranın müəyyən dairələri onun mahiyyətinin dərindən dərk etsələr açılacaq kommunikasiya xəttlərinin Tehranın da maraqlarına xidmət etdiyini anlayacaqlar. Fakitiki olaraq bu dəhliz Qədim İpək yolunun bir qolu kimi mühüm əhəmiyyət kəsb edir.

- ABŞ-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini, ölkəmizə qarşı bədnam “907-ci” düzəlişin dondurulmasını necə dəyərləndirirsiniz?

- "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinin dayandırılması Azərbaycan üçün olduqca önəmlidir. Faktiki olaraq işğalçı dövlət olan Ermənistana yardım edilir Azərbaycan isə bu yardımdan mərhum edilmişdi. Vaxtilə ulu öndər Heydər Əliyev bu “akt”ın aradan qaldırılması üçün çox böyük cəhdlər etmişdi. Erməni lobbisinin ABŞ-də olan imkanları sayəsində Amerikanın sabiq prezidentləri Corc Buş, Bill Klinton da bu məsələni həll edə bilməmişdilər. Nəhayət, Prezident İlham Əliyevin dövründə məhz ona ABŞ Prezidenti Donald Trampın xüsusi hörməti müqabilində bu absurd məsələ aradan qaldırılmış oldu. İndi yeni bir dövr başlayıb. Bu Azərbaycanın yaratmış olduğu reallığa əsaslanır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan yeni konfiqurasiyada həllidi aktor kimi çıxış edir.

Chosen
10
teleqraf.com

1Sources