EN

“Liverpul” onu “Lion”a satdı

“Liverpul” Tayler Mortonu “Lion”a satıb.

“Liverpool Echo” nəşrinin məlumatına görə, mersisaydlılar İngiltərə U-21 yığmasının yarımmüdafiəçisi üçün 15 milyon avro qazanacaqlar. Bundan əlavə, “Liverpul” gənc futbolçunun növbəti transferindən 20 faiz qazanc əldə edəcək.

Morton “Liverpul”un yetirməsidi. O, premyer-liqada əsas komanda ilə 2 oyuna çıxıb. Ötən mövsüm bütün turnirlərdə 4 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Chosen
11
1
football-plus.az

2Sources