EN

"Qalatasaray"ın yeni hədəfi müəyyənləşdi

"Qalatasaray" "Lion"un müdafiəçisi Eynsli Meytland-Naylsı transfer etməkdə maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

27 yaşlı futbolçu bir neçə dəfə Türkiyə Superliqası klubuna müraciət edərək keçidə marağını ifadə edib. İngiltərə millisinin sabiq üzvü üçün "Qalatasaray" artıq təklif hazırlayır.

2024/25 mövsümündə Meytland-Nayls "Lion"un heyətində bütün turnirlərdə 44 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. "Transfermarkt" futbolçunun dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Chosen
33
10
publika.az

10Sources