Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.
O, E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, qarşılaşma sabah İsveçrədə keçiriləcək.