Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, görüşün bəzi məqamları diqqətdən yayınmır:

“Əsas müzakirə mövzusu Ukrayna ilə bağlı olacaq, lakin görüşdə Zelenski iştirak etmir. Nəzərə alsaq ki, Ukrayna mövzusunda Rusiya ilə ABŞ-nin mövqeyi üst-üstə düşmür, ona görə kompromis mütləq olacaq. Vaşinqtonda da, Moskvada da bunu bilirlər, əks halda atəşkəsdən və sülhdən söhbət gedə bilməz.
Əsas məsələ də ərazilərlə bağlıdır. Rusiyanın mövqeyi belədir ki, o, işğal etdiyi Ukrayna ərazilərini qaytarmaq istəmir. Bu məsələdə ABŞ-nin fərqli mövqeyi var. Ukrayna isə bildirir ki, bütün işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Belə olan təqdirdə kompromis o ola bilər ki, Rusiya tutduğu ərazilərin bir qismini qaytarsın. Tramp üçün də bu, çox önəmlidir. Əgər bu münaqişəni də həll edə bilsə, onun Nobel Sülh mükafatının sahibi olacağına daha heç bir şübhə qalmayacaq. Ona görə Tramp sülhün əldə edilməsində son dərəcə maraqlıdır”.
Deputatın sözlərinə görə, istisna deyil ki, görüşdə Cənubi Qafqazdakı proseslər müzakirə edilsin:
“8 avqustda Vaşinqtonda əldə edilən razılaşma müzakirə predmeti ola bilər. Çünki Rusiyanın bu razılaşmaya qısqanclıqla yanaşdığı heç kəsə sirr deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
azvision.azQərb Ukraynanın “səma çətiri”ni təmin edəcək? ( 20445795)
-
yeniazerbaycan.comTramp: Krımı qaytarmaq və Ukraynanın NATO ya daxil olması mümkün deyil ( 20445777)
-
sia.azDünya yenidən necə bölünür? RAKURS ( 20445477)
-
icma.azABŞ üçtərəfli görüşün olacağını gözləmir Röyters ( 20445267)
-
news24.azZelenski Vaşinqtondadır ( 20436411)
-
ulusum.azUkraynanın NATO-ya üzvlüyü mümkün deyil - Tramp ( 20444907)
-
referans.azTrampdan heyrətamiz taktika: Rusiyanı məcburetmə əməliyyyatı başlayır ( 20444733)
-
hurriyyet.azTrampın planı dərc edildi ( 20444715)
-
www.bakupost.azZelenski bəzi ərazilərdən imtina etməyə hazırdır Kompromisə gedəcək ( 20444673)
-
www.bakupost.az"Krımı qaytarmaq mümkün deyil" TRAMP ( 20444667)