“Kristal Pelas”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Ebereçi Eze Premyer Liqanın digər klublarının hədəfinə düşüb.
90deqiqe.Az-ın "The Times"a istinadən məlumatına görə, 27 yaşlı cinah oyunçusunun transferində “Tottenhem” klubu ciddi maraqlıdır. “Şporlar” futbolçunun keçidi üçün 45-50 milyon funt sterlinq təklif etməyə hazırdır.
Ezenin xidmətində daha bir paytaxt təmsilçisi – “Arsenal” da maraqlıdır. "Topçular"da futbolçunun agenti ilə danışıqları sürətləndəribilər.
Qeyd edək ki, Ebereçi Eze 2020-ci ildən “Kristal Pelas”ın şərəfini qoruyur. Ötən mövsüm o, klubun heyətində 43 matçda iştirak edərək 14 qol vurub və 11 məhsuldar ötürmə verib.