EN

Qarabağ və Şərqi Zəngəzurda sənaye məhsulu istehsalının dəyəri 45%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonlarında ümumilikdə 233,8 milyon manathəcmində sənaye məhsulu istehsal olunub və xidmətlərgöstərilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasındahesablama aparıb.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 72,8 milyon manat və yaxud 45,2% çoxdur.

Hesabat dövründə sənaye məhsulu istehsalının 192,3 milyon manatıQarabağ iqtisadi rayonunun payına düşüb.

Belə ki, dövr ərzində sənaye sektoru üzrə ümumi daxili məhsulun(ÜDM) həcmi Ağcabədi rayonunda 48,5 milyon manat, Bərdə rayonunda36,1 milyon manat, Ağdam rayonunda 32,8 milyon manat, Füzulirayonunda 26,4 milyon manat, Tərtər rayonunda 20,7 milyon manat,Şuşa rayonunda 20,6 milyon manat, Xankəndi rayonunda 4,6 milyonmanat, Xocavənd rayonunda 2,2 milyon manat, Xocalı rayonunda 392min manat, Ağdərə rayonunda 40,4 min manat təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində Şərqi Zəngəzur iqtisadirayonunda isə 41,5 milyon manat həcmində sənaye məhsulu istehsaledilib. Bu iqtisadi rayonda ən çox sənaye istehsalı 27,5 milyonmanat həcmlə Laçın rayonunda olub. Kəlbəcər rayonunda sənayeməhsulu istehsalı 7,4 milyon manat, Zəngilan rayonunda 3,1 milyonmanat, Qubadlı rayonunda 1,8 milyon manat, Cəbrayıl rayonunda 1,7milyon manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədəfəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilinyanvar-iyun aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsaledilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalıb, qeyrineft-qaz sektorunda isə 6,3 faiz artıb.

Chosen
43
5
az.trend.az

3Sources