EN

Ağdərənin Vəngli kəndinə ilk köç yola salınıb

Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, ilkin mərhələdə kəndə 22 ailə (83 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Vəngli kəndində Kürdəmir rayonundan 12 ailə (43 nəfər), Bərdə rayonundan 3 ailə (12 nəfər), Qax rayonundan 2 ailə (9 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər), Sumqayıt şəhərindən 1 ailə (5 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Ağdam rayonundan 1 ailə (3 nəfər), Bakı şəhərindən 1 ailə (1 nəfər) məskunlaşacaq.

Qeyd edək ki, bununla Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə (Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli) 407 ailənin (1420 nəfər) köçürülməsi təmin olunacaq.

Chosen
22
18
report.az

10Sources