Bu gün Ağdərənin Vəngli kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb.
***
15.25
İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb.
***
13.45
Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülür.
Qeyd edək ki, bu gün Ağdərənin Kolatağ kəndinə də ilk köç karvanı yola salınıb.







