EN

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Azərbaycanda avqustun 16-da bəzi yerlərdə yağış yağacağıgözlənilir.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkənbuludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəziyerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz+28 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civəsütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkiledəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə vəsəhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəziyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz+29 dərəcədən +34 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq

Chosen
11
49
az.trend.az

10Sources