AZ

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 dərəcə isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakerli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25 dərəcə isti, bəzi yerlərdə 27 dərəcəyədək isti olacaq.

Şərqi Zəngəzur, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakerli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17dərəcə isti, gündüz 20-25 dərəcə isti, bəzi yerlərdə 28 dərəcəyədək isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakerli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-22 dərəcə isti, gündüz 27-31 dərəcə isti, dağlarda gecə 15-17 dərəcə isti, gündüz 19-22 dərəcə isti olacaq.

Seçilən
60
49
azertag.az

10Mənbələr