EN

Zakari Atekame “Milan”da

İsveçrənin “Yanq Boyz” klubunun 20 yaşlı sağ cinah müdafiəçisi Zakari Atekame bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Milan” bu transfer üçün 10 milyon avrosundan keçib. İsveçrəli futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Zakari Atekame “Servett”, “Meyrin” kimi klubların futbol akademiyalarından keçsə də, peşəkar karyerasına “Ksamaks”da başlayıb. 2023-cü ildə “Yanq Boyz”a keçmiş müdafiəçi bu komandanın heyətində 47 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Atekame İsveçrənin U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Chosen
41
arena.az

1Sources