Cənubi Koreya Şimali Koreya ilə sərhəddə hərbi fəaliyyəti dayandıran qarşılıqlı razılaşmanı yeniləmək niyyətindədir.
APA “Reuters”-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Çje Myon deyib.
Xatırladaq ki, Seul və Pxenyan arasında 2018-ci ildə əldə olunmuş razılaşmada tərəflər hərbi toqquşmaların qarşısının alınması üçün mexanizm qurmuşdular.
Lakin, sonradan siyasi gərginliklərin artması fonunda bu razılaşma pozulmşdu.