EN

Gəncədə yol qəzalarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

GƏNCƏ, 15 avqust. TELEQRAF

Gəncə şəhərində polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a verilən məlumata görə, şəhər ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün də ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb.

Yol hərəkəti və təhlükəsizlik qaydalarına məhəl qoymayaraq həm özləri, həm də digər nəqliyyat vasitələri üçün qəza riski yaradan ikitəkərli nəqliyyat sürücüləri barədə məsuliyyət tədbirləri həyata keçirilib.

Chosen
54
1
teleqraf.com

10Sources