EN

Milyarder Bill Qeyts uğurunun sirrini açıqlayıb

Milyarder və "Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts məşhur basketbolçu Stiven Karri ilə müsahibəsi zamanı məşhur "Niyə məhz sizi işə götürməliyik?" sualına praktik və dürüst cavab strukturu təklif edib.

Poliqon xəbər verir ki, onun sözlərinə görə, bu, boş bəyanatlardan deyil, faktlara əsaslanan realist yanaşmadır.

Qeyts bildirib ki, bir çox namizəd müsahibəyə bacarıq və nailiyyətlərinin sadalandığı bir "yoxlama siyahısı" kimi yanaşır. O isə bunun əvəzinə güclü tərəfləri sadalamaq yox, onları nümayiş etdirməyi tövsiyə edir.

"Baxın, mənim yazdığım koda. Kurslarda öyrədilənlərin sərhədlərini aşdım. Zamanla daha yaxşı oldum", deyə Qeyts öz karyerasının başlanğıcını və uğurunun sirrini təsvir edib.

Onun fikrincə, müsahibədə əsas diqqət ümumi bacarıqlara deyil, real iş və öyrənmə nümunələrinə yönəlməlidir. Konkret tətbiqi bacarıqların nümunələri abstrakt güclü tərəflərdən daha dəyərlidir.

Qeyts həmçinin potensial işəgötürəndən zəif tərəfləri gizlətməməyi məsləhət görüb. Lakin bu zəif tərəf yüksək nəticə göstəriciləri və komandanın məqsədləri ilə uzlaşmalıdır.

"Mən həmkarlarımın işinə qarşı həddindən artıq tənqidi ola bilərəm, amma məqsədim iddialı nəticələr əldə etməkdir", deyə o qeyd edib.

Milyarder əlavə edib ki, cavabın yekun hissəsində şəxsi ambisiyaların şirkətin uzunmüddətli hədəflərinə necə uyğun gəldiyini göstərmək vacibdir.

"Mənə iddialı məqsədlər xoş gəlir. Mən gələcəyi necə qabaqcadan görmək barədə düşünməyi sevirəm", deyə o, mümkün cavab nümunəsini göstərib.

Sosioloq Loren Rivera isə bildirib ki, iş müsahibələrində ən geniş yayılmış suallardan biri namizədin asudə vaxtını necə keçirməsi ilə bağlıdır və bu suala düzgün cavab menecerin namizədi "uyğun" hesab edib-etməməsinə təsir edə bilər.

Poliqon.info

Chosen
36
poliqon.info

1Sources