EN

Putinlə bağlı suala Peskovdan ilginc cavab

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov avqustun 15-də - sabah iş gününün uzun olacağı ilə bağlı açıqlama verib.

Olaylar.az xəbər verir ki, "Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubin müsahibədən bir parçanı öz Teleqram kanalında paylaşıb.

Zarubin Peskova vaxt fərqi səbəbindən "bir iş günü iki gün davam edə bilərmi?" - deyə sual verib. Peskov isə cavabında yazıçı Çingiz Aytmatovun "Gün var, əsrə bərabər" romanından sitat gətirib.

Qeyd olunur ki, həmin gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp ikitərəfli danışıqlar üçün Alyaskaya səfər edəcək. Liderlər görüş zamanı Ukraynadakı münaqişənin həlli variantlarını müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
1
olaylar.az

2Sources