AZ

Peskov Putinlə bağlı suala Çingiz Aytmatovun əsəri ilə cavab verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov avqustun 15-də – sabah iş gününün uzun olacağı ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubin müsahibədən bir parçanı öz teleqram kanalında paylaşıb.

Zarubin Peskova vaxt fərqi səbəbindən “bir iş günü iki gün davam edə bilərmi?” – deyə sul verib. Peskov isə cavabında yazıçı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanından sitat gətirib.

Qeyd olunur ki, həmin gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp ikitərəfli danışıqlar üçün Alyaskaya səfər edəcək. Liderlər görüş zamanı Ukraynadakı münaqişənin həlli variantlarını müzakirə edəcəklər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
globalinfo.az

2Mənbələr