BAKI, 15 avqust. TELEQRAF
“Gözləntimiz budur ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Alyaskada görüşdükdən sonra Ukrayna ilə (Prezidenti Volodimir Zelenski) ilkin şərt olmadan müharibəni bitirmək üçün birbaşa danışıqlara başlayacaq”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Ukraynaya beynəlxalq hüququ pozan hücumdan üç il yarım sonra Rusiyanın atəşkəslə bağlı danışıqlar aparmaq və hərbi əməliyyatlara son qoymaq imkanı var. Biz Putinin Prezident Trampın danışıqlar təklifini ciddi qəbul edəcəyini və Alyaskadakı görüşdən sonra Ukrayna ilə ilkin şərt olmadan danışıqlara başlayacağını gözləyirik”, - kansler bildirib.
Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında görüş bu gün keçiriləcək.