EN

Hava şəraiti dəyişdi: Bu gün yağış yağacaq, leysan olacaq

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakıda yağış, rayonlarda leysan gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Marqarita pizza

Havanın temperaturu gecə 22-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
93
49
yenisabah.az

10Sources