EN

ABŞ-dan ŞOK GEDİŞ

ABŞ Maliyyə Nazirliyi Rusiyanın A7 ödəniş sistemini, kriptovalyuta birjası “Grinex”i və bir neçə başqa şirkəti sanksiyalar siyahısına əlavə edib.

Publika.az xəbər verir ki, müvafiq qərar nazirliyin rəsmi saytında dərc olunub.

Orada bildirilir ki, ABŞ Maliyyə Nazirliyi ABŞ-da məşhur kiber cinayətkarlara və şantaj proqramlarının müəlliflərinə birbaşa yardım etdiyinə inanılan kriptovalyuta birjası "Garantex"i yenidən sanksiyalar siyahısına salır. ABŞ tərəfinin məlumatına görə, "Garantex" 2019-cu ildən bəri 100 milyon dollardan çox məbləğdə tranzaksiya həyata keçirib.

Bundan əlavə, "Garantex"in varisi sayılan "Grinex" də sanksiyalar siyahısına daxil edilib.

Nazirlik həmçinin "Garantex"in üç rəhbərinə və Rusiyada, eləcə də Qırğızıstanda yerləşən, birja ilə əlaqəli altı şirkətə qarşı tədbirlər görüb. Onlar birjanın zərərli kiberfəaliyyətdə iştirakını dəstəkləməkdə ittiham olunurlar.

Chosen
14
publika.az

1Sources